Ordumuzun hərbi qulluqçusu vəfat etdi
Azərbaycan Ordusunun hərbi qulluqçusu,
1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlunun kəskin ürək çatışmazlığı,
ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı
təsdiq edirik.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən bildirilib:
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi
qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir
diləyir.
Allah rəhmət eləsin!
tag: Ordu, Hərbi Qulluqçu, Ölüm, Ürək Çatışmazlığı,Müdafiə, Nazirliyi, todaypress.az,