Orban: “Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik”

Siyasət

08.09.2024 15:10

“Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir”.

TodayPress xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Viktor Orban, Avropa, Macarıstan,Azərbaycan,Aİ,Enerji,todaypress.az,