Oğuza yeni icra başçısı təyin edildi – Sərəncam – YENİLƏNDİ
Siyasət
16.07.2024 15:56
Oğuz rayonunun icra başçısı
dəyişdirilib.
TodayPress-in məlumatına görə,
Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə
əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu
Əbdul-Qədirov təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Cavid
Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.
tag: Prezident, İlham Əliyev,Oğuz, Sərəncam, todaypress.az,