Nikaraqua rəhbərliyi İlham Əliyevə başsağlığı verdi

Siyasət

27.12.2024 12:58

Nikaraquanın Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyoda Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

TodayPress xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri, Qardaşımız İlham Əliyev.

Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.

Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

tag: Prezident ,Azərbaycan ,İlham Əliyev, Nikaraqua ,todaypress.az,