Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənd i- SƏRƏNCAM
Siyasət
30.01.2025 20:25
Bakı şəhərində və ətraf
ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu
illər üçün
TodayPress xəbər verir ki, Azərbaycan Prezidenti İlham
Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata
keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə
Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn
digər məsələləri həll etmək tapşırılıb.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının
monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il
Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının
tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq
tədbirlər görməlidirlər.
tag: Prezident, İlham Əliyev, Sərəncam, Maliyyə, todaypress.az,