Naqif Həmzəyev: “Ermənistan tezliklə haqq yoluna gələcək və Azərbaycanla sülh sənədini imzalayacaq”

Siyasət

09.10.2024 16:20

“Azərbaycan balanslaşdırılmış xarici siyasət yeritməkdə maraqlıdır. Xüsusilə də MDB məkanına daxil olan dövlətlərlə yüksək səvviyədə münasibətlər qurulub. Həmçinin Azərbaycanın Rusiya, Belarus və Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlıq əlaqələri də artan xətlə inkişaf edir. Regionda, qlobal məkanda baş verən təhdidlər və münaqişələr fonunda qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi labüddür”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan-Rusiya münasibətlərini TodayPress-ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyinin, yüngül və ağır sənaye məhsullarının təmin edilməsi, qarşılıqlı xammal tədarükünün həyata keçirilməsi, tranzit ölkə kimi Azərbaycanın MDB məkanında qovşaq rolunu oynaması, həmçinin rəsmi Bakı ilə münasibətlərin qurulmasında digər dövlətlərin də maraqlı olması əlaqələri gücləndirir. 

Deputatın fikrincə, Ermənistan  tezliklə haqq yoluna gələrək, Azərbaycanla sülh sənədini imzalayacaq və inkişaf proseslərində yaxından iştirak edəcək.

Töhfə Səməd

tag: Azərbaycan ,MDB ,Rusiya ,Belarus ,Asiya ,Milli Məclis ,todaypress.az,