Naqif Həmzəyev: “COP29 Azərbaycanın gücünü bir daha dünyaya nümayiş etdirdi”
Siyasət
14.11.2024 14:55
“Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir. Ölkəmiz “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirərək, bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. Məhz, bunun üçün də dünyaəhəmiyyətli COP29 tədbiri ölkəmizdə reallaşdı. Artıq uzun müddətdir ki, gözlədiyimiz möhtəşəm COP29 tədbiri Azərbaycanda ayın 11-dən etibarən başladı. 12 noyabr tarixində isə Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirildi və burada Prezident cənab İlham Əliyev öz nitqi ilə Azərbaycanın gücünü bir daha dünyaya nümayiş etdirdi”.
Bunu TodayPress-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, bildirib ki, Prezident İlham Əliyev çıxışı zamanı toxunduğu ilk məsələ Azərbaycanın öz gücünə 20 faiz torpaqlarını işğaldan azad etməsi, BMT qətnamələrini özünün gerçəkləşdirməsi və ədaləti bərpa etməsi ilə bağlı idi. O, bununla Azərbaycanın öz müqəddəratını təyin edə biləcək qədər güclənməsini və artıq heç bir təşkilata və ya dövlətə bu problemin həlli üçün ehtiyacının olmadığını bir daha diqqətə çatdırıb:
“Ölkə Prezidenti eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən, həmçinin mədəniyyətlərarası dialoqda əsas rol oynadığını önə çəkdi. Bu gün müxtəlif xalqların, dinlərin nümayəndəlrinin Azərbaycanda dinc şəkildə yaşaması multikulturalizmin ölkə vətəndaşlarının həyat tərzi olduğunun təsdiqidir. Dünyanın heç bir yerində görünməyən mənzərə bu gün məhz Azərbaycanda gerçəkləşmişdir ki Taliban nümayəndəsi belə COP29-da iştirak etmişdir”.
Millət vəkili vurğulayıb ki, ölkə Prezidenti Azərbaycanın alternativ enerji və yaşıl enerjiyə keçidlə bağlı ölkədə həyata keçirdiyimiz tədbirlərdən və planlardan da bəhs edərək, iqlimdəyişkənliyi problemlərindən əziyyət çəkən ölkə olaraq Azərbaycan üçün COP29-un əhəmiyyətindən bəhs edib:
“Mötəbər tədbirdə cənab İlham Əliyev təbii ki, bu tədbirə görə Azərbaycana qarşı olan qarayaxma kampaniyalarından da cəsarətlə danışdı. Avropa geosiyasi vəziyyətin dəyişməsi ilə bağlı Azərbaycana qaz almaq üçün üz tutmuşdu, amma sonra nədənsə elə Azərbaycanı da ittiham etməyə , ona qarşı dezinformasiyalar yaymağa başladı. Bu Qərb dairələrinin ikili standartlarından xəbər verirdi, çünki onlar Azərbaycı suveren dövlət kimi COP29-a ev sahibi kimi görmək istəmirdilər. Amma, onlar rasional düşüb fərqinə varmırdılar ki, bu tədbir BMT-ə məxsusdur, Azərbaycan isə ev sahibliyi edir. Lakin, boykotu təşviq edən dairələrin istəyi baş tutmadı. Beləliklə, Prezidentimizin də vurğuladığı kimi 196 ölkədən 72 min iştirakçı, 80 prezident, vitse-prezident, Baş nazirlər, bir sözlə bütün dünya Bakıya məhz COP29 üçün toplaşmış oldu”.
Naqif Həmzeyev sonda əlavə edib ki, COP29-a gəlməyənlər ikilistandartları ilə baş-başa qalaraq heç nə əldə etmədilər, ən vacibi ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinin həllindən kənarda qalacaqlar.
Töhfə Səməd
tag: COP29, Naqif Həmzəyev, Milli Məclis, Liderlər Sammiti, Prezident, todaypress.az,