Mübariz Qurbanlı: “Vahid Azərbaycan” məsələsi yalnız Qərbi Azərbaycanla bitmir..."
"Ermənilərin qohumu olan millət yoxdur".
TodayPress xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru, millət vəkili Mübariz Qurbanlı “Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransında keçirilən Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi ilə hazırlanan "Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildinin təqdimatında deyib.
“Onların arxasında duran ola bilər, amma qohumu olan millət yoxdur. Bizim millət olaraq 200 milyondan çox danışdığımız dildə anlaşa bildiyimiz qohumlarımız var”.
M.Qurbanlı “Vahid Azərbaycan” məsələsinin yalnız Qərbi Azərbaycanla bitmədiyini, bunun təfəkkürdə formalaşmalı olduğunu və bu istiqamətdə bütün platformalarda işlərin görülməsinin vacibliyindən bəhs edib:
“Böyük Qayıdış” davam edir. Bu, cəmiyyətin birgə işidir və işin daha uğurla irəliləməsi üçün hər kəs öz əlindən gələni etməlidir”.
Qiymət Mahir
tag: Mübariz Qurbanlı,Qərbi Azərbaycan,Böyük Qayıdış,Deportasiya,Todaypress.az,