Moskvanın və bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevə zəng etdi
Siyasət
24.12.2024 20:24
Moskvanın və bütün Rusiyanın patriarxı
Kirill dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Patriarx Kirill dövlət başçısına ad günü münasibətilə
təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə
töhfə verdiyi qeyd olunub.
Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar
əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.
Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi
dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi
bildirilib.
tag: Moskva, Azərbaycan, Prezident, Patriarx, İlham Əliyev, todaypress.az,