Misir lideri Prezident İlham Əliyevə başsağlığı verdi

Siyasət

08.01.2025 17:37

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə başsağlığı verib.

TodayPress xəbər verir ki, başsağlığında deyilir:

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Zati-alinizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həlak olanların ruhlarının şad olmasını diləyir, onların ailələrinə səbir və dözüm arzulayıram. Yaralananların tezliklə şəfa tapacaqlarına ümid edirəm.

Hörmətli cənab Prezident, bir daha dərin hüznlə başsağlığımı bildirir, Sizə və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, sabitlik arzulayıram”.

tag: Azərbaycan, Prezident ,İlham Əliyev, Misir, todaypress.az,