Millət vəkili: “Soyqırımı unutsaq, tarix bizi cəzalandıracaq”
"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdikləri soyqırımı hadisələrindən 107 il ötür. Onlar bu hadisələri törətməklə Bakı quberniyasını və digər əraziləri Azərbaycanlılardan təmizləmək məqsədi güdüblər".
TodayPress xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
O, dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladlarına rəhmət diləyib:
"On minlərlə insanın qətlə yetirildiyi və itkin düşdüyü bu soyqırımı hadisəsi xüsusilə Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə xüsusi qəddarlıqla törədilib. Mart soyqırımı zamanı ermənilər çoxsaylı tarixi abidələrimizə və məscidlərimizə də ziyan vurublar. İsmailiyyə binasının, Cümə və Təzəpir məscidlərinin dağıdılması bunun bariz nümunələridir".
Deputatın fikrincə, tarix onu unudanları hər zaman ciddi cəzalandırır:
“Bizim bu hadisələri unutmağa haqqımız yoxdur. Yoxsa yenə hansısa bir dövrdə tarix bizi yenidən cəzalandıracaq”.
Türkan İsgəndərli
tag: Ceyhun Məmmədov,Deputat,31 mart,Soyqırım,Anım Günü,Qan Yaddaşı,Todaypress.az,