Millət vəkili: “Aİ-nin casus missiyası sülhə qarşıdır”
“Avropa İttifaqının monitorinq missiyası sülhə qarşıdır və daima çalışır ki, Ermənistan və Azərbaycan arasında dinclik olmasın”.
Bunu TodayPress-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanı özündən asılı vəziyyətə salmağa çalışır.
“Aİ-nin istəyi iki ölkə arasında münaqişənin yenidən alovlanmasıdır. Azərbaycan və Ermənistan bəyan etdi ki, artıq sülhün sonuncu ikinci maddəsi də razılaşdırılıb. Avropa İttifaqının şərti sərhəd boyu aktivləşməsi də tam bu vaxta təsadüf edir. Bu cür hadisələrin inkişafı onu göstərir ki, Avropa İttifaqı sülh istəmir, sülhə hər vəclə əngəllər törətməyə fokuslanıb” deputat yekunlaşdırıb.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən casus missiyasının yeni görüntüləri yayılıb.
Görüntülərdən aydın olur ki, Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı Laçın və Zəngilan istiqamətlərində sərhədə doğru irəliləyir.Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə missiya ilə bağlı narazılığını bildirib,onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Türkan İsgəndərli
tag: Hikmət Babaoğlu,Deputat,Azərbaycan,Avropa İttifaqı,Todaypress.az,