Millət vəkili: "20 Yanvar tarixə böyük qəhrəmanlıq hadisəsi kimi daxil olub"

Siyasət

20.01.2025 10:15

"20 Yanvar müasir Azərbaycan tarixinə yalnız hüzr günü kimi deyil, həmçinin böyük qəhrəmanlıq hadisəsi kimi daxil olub". 

TodayPress xəbər verir ki, Millət vəkili Vüqar Bayramov bu barədə öz "Facebook" hesabında yazıb. 

O vurğulayıb ki,  20 Yanvar xalqın sarsılmaz birliyini göstərməklə yanaşı, işğala və xarici təcavüzə qarşı dirəniş abidəsidir. 

"34 il öncə tankın, topun, avtomatın qarşısına əliyalın çıxan, ən böyük silahı müstəqillik əzmi, istiqlal iradəsi olan şəhidlərimizin ruhları qarşısında baş əyir, onların əbədi xatirələrini ehtiramla anırıq" deyə parlamentari diqqətə çatdırıb. 

Günəş Mərd

tag: 20Yanvar,Millət vəkili,Vüqar Bayramov,Faciə,Todaypress.az,