Mikayıl Cabbarov İsrail prezidenti ilə görüşdü

Siyasət

17.03.2025 12:45

1123

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail prezidenti İsxak Hersoqla görüşərək iki ölkə arasındakı iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib. 

TodayPress xəbər verir ki, nazir bu barədə öz "X" hesabında yazıb. 

"İsrailə işgüzar səfərimiz çərçivəsində İsrail Dövlətinin Prezidenti cənab İsxak Hersoqun qəbulunda olduq. Azərbaycan və İsrail əlaqələrinin dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş istiqamətlərini və iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirdik" deyə o bildirib. 

Töhfə Səməd

tag: Mikayıl Cabbarov,İqtisadiyyat,Nazir,İsrail,Səfər,İsxak Hersoq,Görüş,Todaypress.az,