Metyu Miller: “Biz inanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh mümkündür”
Siyasət
15.07.2024 22:34
ABŞ-nin Dövlət Departamenti Azərbaycan
və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.
TodayPress xəbər verir
ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə
söyləyib.
Onun sözlərinə görə, Vaşinqton
tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir:
“Sülh razılaşması region,
regionda sülh və təhlükəsizlik üçün çox vacibdir. Biz inanırıq ki, sülh
mümkündür, lakin bu tərəflərin çətin qərarlar qəbul etməsini, kompromisə getməsini
tələb edir. Bu son fikir ayrılığını həll etmək və sazişə nail olmaq üçün tərəflərə
təkan verməyə davam edəcəyik.”
tag: todaypress.az, Metyu Miller, ABŞ,Azərbaycan, Ermənistan,