Metyu Miller: "Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir"

Siyasət

22.07.2024 22:35

“Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir”.

TodayPress xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib.

“Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir. Biz bu prosesi dəstəkləməyə sadiqik. Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik” deyə o qeyd edib.

tag: Metyu Miller, Dövlət Departamenti, Sülh, Azərbaycan ,Ermənistan, todaypress.az,