Məsud Pezeşkian İlham Əliyevə təbrik məktubu ünvanladı
İran Prezidenti Məsud Pezeşkian Prezident
İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri
cənab İlham Əliyevə
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Zati-aliləri.
Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli
şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə
Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik
edirəm.
Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq,
şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim
ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və
xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.
Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir,
Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz
bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da
genişləndirilməsini arzulayıram".
tag: İran, Prezident, Azərbaycan, Novruz Bayramı, Məktub, Təbrik,Məsud Pezeşkian, todaypress.az,