Mərakeş və Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək
Siyasət
30.07.2024 21:28
"Bir ay ərzində Mərakeş və
Azərbaycan arasında vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək".
TodayPress xəbər
verir ki, bunu Mərakeş kralının taxta çıxmasının 25-ci ildönümünə həsr edilən tədbirdə
krallığın ölkəmizdəki səfiri Adil Embarş bildirib:
"2023-cü ildən 2024-cü ilə
qədər ölkələrimiz arasındakı turizm göstəricilərində 90%-dan çox artım müşahidə
olunub. Bu tendensiyanı təşviq etmək üçün hər iki ölkə adi pasport sahiblərinin
viza tələbindən azad edilməsi haqqında saziş imzalayıb. Məmnuniyyətlə bildimək
istəyirəm ki, sözügedən sənəd təxminən bir ay ərzində qüvvəyə minəcək. Son
dövrdə ölkələrimiz arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin sayında
artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabrında Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov Mərakeş Kralığına rəsmi səfər edib. Bu səfər çərçivəsində
o həmkarı Naser Burita ilə Mərakeş-Azərbaycan Hökumətlərarası Birgə
Komissiyasının iclasında həmsədr qismində iştirak edib".
tag: Mərakəş, Azərbaycan, Viza, Adil Embarş, todaypress.az,