Meksika tarixində ilk dəfə qadın prezident ola bilər

Siyasət

03.06.2024 08:28

737

Meksikada “Gəlin birlikdə tarix yazmağa davam edək” hökumətyönlü koalisiyasının namizədi Klaudiya Şeynbaum prezident seçkilərində qalib gəlir.

TodayPress xəbər verir ki, Şeynbaumun prezident seçkilərində qalib gəlməsi ilə bağlı Milli Dirçəliş Hərəkatının (MORENA) rəhbəri Mario Delqado “X” məlumat yayıb.

“Ölkəmizin, eləcə də Latın Amerikamızın və dünya tarixinin parlaq anını yaşamaq bizə qismət oldu. Klaudiya Şeynbaum tariximizdə ilk qadın prezident olacaq!”, - Delqado qeyd edib (apa).

tag: Meksika, Klaudiya Şeynbaum,Amerika,Prezident,todaypress.az,