Mehriban Əliyeva: "Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar"
Siyasət
30.12.2024 23:59
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində
paylaşım edib.
TodayPress xəbər verir ki, paylaşımda deyilir: "Sizi
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il
münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan
heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt
olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və
xoşbəxtlik arzulayıram!
Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".
tag: Mehriban Əliyeva, Vitse-Prezident, Həmrəylik,Yeni İl, todaypress.az,