Mehriban Əliyeva Olimpiya Oyunlarının gümüş medal mükafatçısını təbrik etdi

Siyasət

10.08.2024 10:43

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi təbrik edib.

TodayPress xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb:

"Boksçu - gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!" deyə paylaşımda qeyd edilib.

tag: Mehriban Əliyeva,Alfonso Dominqes, Boksçu, Təbrik, Paris, todaypress.az,