Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik etdi

Siyasət

09.08.2024 12:05

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında bürünc medal mükafatı qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovu təbrik edib.

TodayPress xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb.

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!" o qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.

tag: Azərbaycan, Mehriban Əliyeva, Yunan-Roma, Həsrət Cəfərov, Bürünc Medal, todaypress.az,