Mehriban Əliyeva Gəncə şəhərinə səfər etdi

Siyasət

06.03.2025 19:29

1597

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.

TodayPress xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirilib.

tag: Azərbaycan ,Birinci vitse-prezident,Heydər Əliyev Fondu,Mehriban Əliyeva,Gəncə ,todaypress.az,

photo
photo
photo