Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edildi

Siyasət

31.01.2025 12:50

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib. 

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov paylaşım edib. 

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni anadan olmasının 141-ci ildönümündə məzarı başında rəhmət və ehtiramla yad etdik.  Ruhu şad olsun!” paylaşımda qeyd edilib.

tag: Ankara,Ziyarət,Türkiyə,Məhəmməd Əmin Rəsulzadə,Todaypress.az,