Matviyenko Mehriban Əliyeva ilə görüşdü

Siyasət

16.03.2025 19:36

2441

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.  

TodayPress xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı, xüsusilə də mədəni-humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Moskvada ümummilli lider Heydər Əliyevin abidəsinin təməl daşının qoyulmasını yüksək qiymətləndirərək, bu addımın Azərbaycan-Rusiya dostluğunun daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Görüş zamanı həmçinin humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

tag: Mehriban Əliyeva,Matviyenko,Siyasət,Vitseprezident,TodayPRESS,todaypress.az,