M.Arnaud: “Fransa əkin sahələrimizi zəhərləyir”
Siyasət
25.10.2024 15:15
“Su məsələsi bizdə qalıcı və həllini tapmayan problemdir. Hətta 20-ci əsirdə bizdə elə vəziyyət yaranmışdı ki, yağış sularından istifadə edirdik. Lakin sonra biz fərqinə vardıq ki, onlar da çirklidir və əkin sahələri üçün yararlı deyil”.
TodayPress xəbər verir ki, bunu Martinika Ədalət Kollectivinin (Kollectif Jistiss Matinik) idarə heyətinin üzvü M.Arnaud INGARGIOLA MAURICE Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən keçirilən “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa hökuməti tərəfindən sulara xloridokon maddəsi qatılmışdı:
“80-ci illərin sonunda həmin maddənin istifadəsi qadağan olunub. Lakin Paris bizə qarşı hələ də həmin maddədən istifadə edir. Əkin sahələrimiz zəhərlənir, banan istehsalından əldə etdiyimiz gəlirlər aşağı düşüb”.
Qeyd edək ki, konfransın əsas məqsədi Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını diqqətə çatdırmaqdır.
Töhfə Səməd
tag: Fransa, BTQ, İnsan Hüquqları, Arnaud, Su, todaypress.az,