Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"
Martın 13-da Bakı Hərbi Məhkəməsində davam
etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab
verib.
TodayPress xəbər verir ki, o, Ağdərədə silahlı dəstənin
tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən
Xankəndidən və Ermənistandan gətirildiyini bildirib.
Təqsirləndirilən şəxs əlavə edib ki, silahlı birləşmənin
rəhbəri Vanik Petrosyan idi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,