Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik etdi
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram. Bayramınız mübarək!".
tag: Liviya,Prezident,İlham Əliyev,Təbrik,Todaypress.az,