KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başa çatmasını alqışlayır.
TodayPress xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
KTMT rəsmi İrəvanla Bakı arasında sazişin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Təşkilat sazişin həyata keçirilməsinin Cənubi Qafqazda sülh və sabitliyə yol açacağına ümid edir.
Qeyd edək ki, martın 13-də Ermənistan sazişin razılaşdırılmamış son iki bəndi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
Türkan İsgəndərli
tag: KTMT,Azərbaycan,Ermənistan,Sülh,Saziş,Todaypress.az,