KİV: Netanyahu mayın 8-də Bakıya gələcək

Siyasət

28.04.2025 13:50

18

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Azərbaycana rəsmi səfər edəcək. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, 8 may eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunov Şuşa uğrunda döyüşdə həlak olduğu gündür. Netanyahu Bakıda Şəhidlər Xiyabanında onun məzarını da ziyarət edəcək.

İsrailin Baş nazirinin Azərbaycana səfəri 11 may tarixinədək davam edəcək.

Qiymət Mahir

tag: İsrail,Netanyahu,Azərbaycan,Bakı,todaypress.az,