KİV: Netanyahu Azərbaycana rəsmi səfər edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Israel Hayom” nəşri məlumat yayıb.
Səfərin dəqiq tarixi hələ müəyyən olunmayıb.
Nəşrin yazdığına görə, səfərdən öncə Bakı İsrail və Türkiyə nümayəndə heyətləri arasında “texniki danışıqlara” ev sahibliyi edib. Bu danışıqlar əsasən Suriyada iki ölkə arasında hərbi qarşıdurmanın qarşısını almağa yönəlib.
Qiymət Mahir
tag: Netanyahu,Azərbaycan,İsrail,Səfər,Todaypress.az,