Kaya Kallas Azərbaycana səfər edəcək
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.
Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.
tag: Avropa İttifaqı, Xarici İşlər , Təhlükəsizlik, Kaya Kallas, Azərbaycan, todaypress.az,