Katib: “Neftçalada səsvermə prosesi şəffaf keçir”
“Neftçala şəhərində səsvermə
prosesi şəffaf keçir, səhər saatları olmasına baxmayaraq, seçici fəallığı
müşahidə olunur”.
Bu sözləri 70 saylı
Neftçala seçki dairəsinin 39 saylı seçki məntəqəsinin katibi Yaşar Quliyev TodayPress-ə
danışarkən deyib.
O, seçki prosesinin normal
qaydada davam etdiyini bildirib:
“Hazırda Neftçala sakinləri özlərinə yaxın olan məntəqələrə yaxınlaşıb səs verirlər. Ümid edirik ki, fəallıq yüksək səviyyədə olacaq. Proses hələ ki, davam edir”.
Töhfə
Səməd
tag: Seçki, Parlament,Milli Məclis,Qanunvericilik, todaypress.az,
