İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirildi
İsrailin Azərbaycandakı
səfirliyində anım günü ilə əlaqədar bayraq yarıya endirilib.
TodayPress xəbər verir ki, bu barədə İsrail səfiri
Corc Dik "X" səhifəsindəki paylaşımında bildirib.
"HƏMAS"ın 7 oktyabr hücumunun ildönümü ilə
əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. Bakıdakı
səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını
emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin
nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular” səfir
qeyd edib.
tag: Israil, Azərbaycan, Səfir, HƏMAS, Corc Dİk, todaypress.az,