İsrail mətbuatında Azərbaycana aid məqalə dərc olundu
Siyasət
04.02.2025 20:00
İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – Gurevich Communications” şirkətinin rəhbəri, tanınmış jurnalist və politoloq Roman Qureviçin İsrailin “The Jerusalem Post” və “9TV” xəbər saytlarında “Yəhudilərin, İsrailin dünya xalqları ailəsində həqiqi dostları varmı?” başlıqlı məqaləsi işıq üzü görüb.
TodayPress xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məqalədə İsrailin beynəlxalq ictimaiyyətdə həqiqi müttəfiqlərinin olub-olmaması müzakirə edilib, həmçinin qlobal antisemitizmin artması, beynəlxalq təşkilatların “mənəvi uğursuzluqları” ilə bağlı narahatlıqlar qələmə alınıb.
Müəllif bu tendensiyaları Azərbaycan İsrail əlaqələri ilə müqayisə edərək, ölkəmizdə yəhudilərə göstərilən tolerant münasibəti ön plana çəkib. İsrailə qarşı getdikcə artan düşmənçilik fonunda, Azərbaycanın etibarlı müttəfiq olduğunu qeyd edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
tag: İsrail,9TV,Yerusəlim post,Roman Qureviç,todaypress.az,