İrina Viner Mehriban Əliyevanı təbrik etdi
Rusiya
Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi,
İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya Ramazan
bayramı münasibətilə təbrik məktubu yollayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Hörmətli
Birinci vitse-prezident.
Sizi Ramazan
bayramı münasibətilə ürəkdən təbrik edirəm. Müsəlmanlar üçün böyük əhəmiyyət
kəsb edən və müqəddəs Ramazan ayının başa çatmasının rəmzi olan bu əlamətdar
bayram İslam aləmində ən çox ehtiram göstərilən bayramlardan biri kimi
insanları mənəvi kamilliyə, şəfqət və mərhəmətə səsləyir.
Müxtəlif etnik və
dini qruplar arasında qarşılıqlı anlaşmaya və əməkdaşlığa töhfə verərək
insanları birləşdirən bu bayram millətlər arasında həmrəyliyin
möhkəmləndirilməsi və mədəni müxtəlifliyə hörmətin artırılması baxımından mühüm
rola malikdir. Siz bu dəyərləri dövlətçilik fəaliyyətinizdə daim rəhbər
tutursunuz.
İdmanın inkişafı,
vətəndaşların rifahının yaxşılaşdırılması və sabitliyin qorunub saxlanılması
istiqamətində gördüyünüz işlər dərin rəğbət və heyranlıq doğurur. Sizin öz
fəaliyyətinizlə göstərdiyiniz sədaqət və liderlik nümunəsi Azərbaycan
Respublikasının firavanlığına və inkişafına töhfə verir.
Bu mübarək bayram
münasibətilə Sizə möhkəm cansağlığı, mühüm dövləti fəaliyyətinizdə yeni-yeni
uğurlar, ölkənizə davamlı tərəqqi və əmin-amanlıq diləyirəm".
tag: Mehriban Əliyeva, Vitse-Prezident, Rusiya, Təbrik,İrina Viner, Ramazan, Todaypress.az,