İraq Kürdüstan Regionunun başçısı Prezident İlham Əliyevi təbrik etdi
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda
deyilir:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və
Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə
möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq və
xoşbəxtlik diləyirəm.
Ortaq dəyərlərimiz, möhkəm tarixi əlaqələrimiz sayəsində
mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı hörmət,
ümumi maraqlar ruhunda daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Cənab Prezident, xahiş edirəm, ən yüksək
ehtiramımı qəbul edin".
tag: Təbrik, İlham Əliyev, Prezident,Bayram,Ramazan,todaypress.az,