İraq Azərbaycanla uçuşları bərpa etmək istəyir

Siyasət

07.05.2025 14:09

16

İraq Azərbaycandan iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbut konfransında deyib.   

İraqlı nazir bildirib ki, Azərbaycan hökumətini iki ölkə arasında uçuşları bərpa etməyə çağırıb. 

"Biz Azərbaycan vətəndaşı olan qadın İŞİD üzvlərinin mövcudluğunu və onların öz ölkəsinə qaytarılmasını müzakirə etdik. Xarici İşlər Nazirliyi bu məsələləri davamlı olaraq izləyir" deyə İraq XİN rəhbəri əlavə edib.

tag: Ceyhun Bayramov,XİN,Azərbaycan,İraq,Todaypress.az,