İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək
İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi
Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə
Sadiq aprelin 10-da Bakıya gələcək.
Bu
barədə TodayPress-ə İranın ölkəmizdəki Səfirliyindən məlumat
verilib.
Bildirilib ki,
səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri,
Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə
tutulub.
tag: İran, Nazir, Fərzanə Sadiq, Bakı, Səfir, todaypress.az,