İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etdi

Siyasət

28.04.2025 17:35

13

Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. 

TodayPress xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

tag: Məsud Pezeşkian,Ulu Öndər,Məzar,Ziyarət,Todaypress.az,