İran Azərbaycana səfir təyin edəcək

Siyasət

07.04.2025 12:34

17

İran prezidentinin Azərbaycana səfəri gündəmdədir.

TodayPress xəbər verir ki bunu İranın Xarici İşlər Nazirliyini sözçüsü İsmayıl Bəqai deyib. 

Bəqai İran prezidentinin Azərbaycana səfərinin gündəmdə olduğunu açıqlayıb:

“Prezidentin Azərbaycana səfəri gündəmdədir”. 

Bəqai eyni zamanda, İranın Azərbaycana səfirinin təyinatı ilə bağlı məlumat verərək bildirib ki, hazırda bu proses davam edir:

“Hazırda səfirin təyinatı gedir və ümid edirik ki, bu, tezliklə yekunlaşacaq”.

tag: İran,Azərbaycan,Səfir,Təyinat,Todaypress.az,