İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi
Siyasət
10.01.2025 20:15
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi
Əsəd Məcid Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı
məktubu ünvanlayıb.
TodayPress-in məlumatına görə, mətndə deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin
faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi
barədə xəbər bizi olduqca kədərləndirdi.
İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak
olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı
veririk.
İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda
Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi
xahiş edirik".
tag: İlham Əliyev, Aktau, AZAL,Azərbaycan, Qazaxıstan, todaypress.az,