İordaniya Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını dəstəkləyir

Siyasət

15.03.2025 17:35

2277

İordaniya Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

TodayPress xəbər verir ki, bu barədə Krallığın xarici siyasət idarəsinin bəyanatında bildirilib.

"İordaniya XİN Azərbaycan və Ermənistan arasında çoxillik münaqişəyə son qoyacaq sazişin imzalanması istiqamətində sülh danışıqlarında əldə edilmiş irəliləyişi alqışlayır.

Nazirliyin rəsmi nümayəndəsi Sufian Qudah Krallığın mübahisələrin dinc vasitələrlə həllinə, regional və beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bütün səylərə dəstəyini vurğulayıb" deyə bəyanatda bildirilib.

tag: İordaniya,Azərbaycan,Ermənistan,Sülh,Todaypress.az,