İlham Əliyevdən Nəhyana zəng: Bakıya dəvət etdi
Siyasət
05.06.2024 18:31
İyunun 5-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana zəng edib.
TodayPress
xəbər verir ki, dövlətimizin başçısı iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkətinin iştirakı ilə Neftçala, Biləsuvar Günəş elektrik
stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin
qoyulmasının əhəmiyyətinə toxunaraq, bu sahədə ölkələrimiz arasında mövcud əməkdaşlıqdan
məmnunluğunu bildirib.
Telefon
danışığı zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq,
qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə dinamik
inkişaf etdiyi vurğulanıb.
COP28-in sədri
olaraq Birləşmiş Ərəb Əmirlikləri və COP29-un sədri olaraq Azərbaycan arasında
həyata keçirilən əməkdaşlıq və təcrübə mübadiləsindən məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı COP29 Zirvə
toplantısında iştirak etmək üçün Azərbaycana dəvət edib.
Dövlətimizin
başçısı ölkəmizin üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində
verdiyi maliyyə töhfəsinə və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda
humanitar əsaslı tikinti layihələrinə töhfə vermək niyyətinə görə Birləşmiş Ərəb
Əmirliklərinə minnətdarlığını bildirib.
Şeyx Məhəmməd
bin Zayed Əl Nəhyan ölkələrimiz arasında münasibətlərin dostluq, qardaşlıq və
strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha vurğulayıb.
Telefon
danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişaf perspektivləri barədə
fikir mübadiləsi aparıblar.
tag: İlham Əliyev,Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, COP29, BƏƏ, Mina, Qarabağ, todaypress.az,