İlham Əliyev Türkiyənin XİN rəhbərini qəbul etdi - YENİLƏNDİ
Siyasət
05.07.2024 18:15
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə
Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
TodayPress xəbər
verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın
nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli
görüş məmnunluqla xatırlandı, bundan sonra bu formatın davamlı olacağına əminlik
ifadə edildi.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının
Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar
Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin
vitse-prezidentinin təmsil edəcəyi vurğulandı.
Məhz Şuşa şəhərində
2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını
təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulandı.
Görüşdə ölkələrimiz
arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə olundu, Türk dünyasının birliyinin və həmrəyliyinin
önəminə toxunuldu.
Söhbət zamanı Azərbaycan-Ermənistan
və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edildi.
***
16.52
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə
Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
tag: Azərbaycan, Türkiyə, Hakan Fidan,XİN, Şuşa, todaypress.az,