İlham Əliyev Türkiyə Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
12.11.2024 17:15
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan ilə görüşüb.
TodayPress xəbər verir ki, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına COP29-un
uğurla keçirilməsi ilə bağlı təbriklərini çatdırdı və Azərbaycanın qısa müddət ərzində
belə bir möhtəşəm tədbirə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini
bildirdi.
Prezident İlham Əliyev qeyd etdi
ki, COP29 tədbirinin keçirildiyi məkan 8 aylıq bir dövr ərzində hazırlanıb və
burada yüksək ətraf mühit standartlarına və davamlılıq prinsiplərinə riayət
olunub.
Rəcəb Tayyib Ərdoğan vurğuladı ki,
Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimində
çox məzmunlu çıxış edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni
təqdimatın da nəfis qaydada hazırlandığını dedi.
Söhbət zamanı Azərbaycanla Türkiyə
arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf
perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
15.50
Azərbaycan Prezidenti İlham Əliyev
noyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə
görüşüb.
TodayPress xəbər verir ki, bu barədə
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident, İlham Əliyev, Türkiyə, Ərdoğan,todaypress.az,