İlham Əliyev Toqo Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
13.11.2024 15:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
13-də Toqo Respublikasının Prezidenti For Essozimna Qna ilə görüşüb.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısı COP29 tədbirində iştirak etdiyi üçün
Toqo Prezidentinə təşəkkürünü bildirdi.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə
edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri,
o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunuldu,
təhsil, kənd təsərrüratı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə
bağlı fikir mübadiləsi aparıldı.
***
14.53
Azərbaycan
Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Prezidenti For Essozimna Qna ilə
görüşüb.
TodayPress xəbər
verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident, İlham Əliyev, Bolqarıstan,Toqo, todaypress.az,