İlham Əliyev Qana Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının
Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib
COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını
bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Qana Prezidentinin ölkəmizə bu səfəri
əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi
üçün yaxşı imkan yaradır.
COP29-un ölkəmizdə
keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə
dəvətə görə minnətdarlığını bildirdi və onun yüksək səviyyədə təşkil olunduğunu
məmnunluqla vurğuladı.
Qana
Prezidenti qeyd etdi ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un
Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat
yaradıb.
Qonaq bu tədbir
çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə
etdiyini bildirdi.
Söhbət zamanı
Azərbaycan ilə Qana arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri
müzakirə olundu, iqtisadiyyat, biznes əlaqələri, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlarda
əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Münasibətlərimizi, o
cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün müxtəlif sahələri əhatə edən
nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə
olundu.
Görüşdə elm və
təhsil sahəsində əməkdaşlığa toxunularaq, Qanadan olan tələbələrin Azərbaycanda
təhsil aldıqları və bu təhsildən çox məmnun qaldıqları bildirildi.
***
15.42
Azərbaycan Prezidenti İlham Əliyev
noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə
görüşüb.
TodayPress xəbər verir ki, bu barədə
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident, İlham Əliyev,Qana, Görüş, todaypress.az,
