İlham Əliyev Pakistanın Baş naziri ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
13.11.2024 16:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
13-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə
görüşüb.
TodayPress xəbər
verir ki, Məhəmməd Şahbaz Şərif Pakistan Prezidenti Asif Əli Zərdarinin
salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Pakistan dövlətinin başçısına çatdırmağı xahiş
etdi.
COP29-un yüksək səviyyədə təşkil olunması münasibətilə dövlətimizin
başçısını təbrik edən Məhəmməd Şahbaz Şərif vurğuladı ki, qardaş Azərbaycanda
belə bir tədbirin keçirilməsinə görə çox seviniblər. Pakistanın Baş naziri Azərbaycan
Prezidentinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çox məzmunlu
çıxış etdiyini dedi.
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə COP29-da
iştirak etdiyinə görə minnətdarlığını bildirdi və özünün Pakistana səfərini məmnunluqla
xatırladı.
Söhbət zamanı dövlətimizin başçısının Pakistana səfəri
zamanı aparılmış müzakirələrin və imzalanmış sənədlərin ikitərəfli əlaqələrimizin
inkişafı baxımından əhəmiyyəti qeyd olundu, ölkələrimiz arasında sərmayələr,
iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.
Nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsi məmnunluqla qeyd
edildi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə
olundu. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı çərçivəsində
əlaqələrimizin əhəmiyyəti vurğulandı.
***
15.45
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Pakistan,Baş Nazir, todaypress.az,