İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi
Siyasət
28.10.2024 19:23
Azərbaycan Prezidenti
İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin
uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu
ünvanlayıb.
TodayPress xəbər verir ki,
dövlətimizin başçısı məktubunda qeyd edib.today
“Qardaş
Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu
səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir
daha bariz şəkildə nümayiş etdirib.
Səsvermənin
nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və
etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi
istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.
Yeni tərkibdə
fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə
müvəffəqiyyətlər arzulayıram.
Fürsətdən
istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı,
xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali
dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm.
tag: Özbəkistan, Azərbaycan, İlham Əliyev, Prezident, todaypress.az,